ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerin gizli bank hesabına Azərbaycan üzərindən yüz milyonlarla dolların köçürülməsi iddiası yayılıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Vanity Fair” nəşri jurnalist Metyu Koulun "Şahzadələr və oğrular: Cared Kuşner və Məhəmməd bin Zayed – Yaxın Şərqi yenidən formalaşdırmaq üçün gizli plan” adlı kitabına istinadla məlumat yayıb.

Məlumata görə, 2017-ci ilin sonlarında Niderlandın hərbi kəşfiyyat xidməti (MİVD) Rusiya Baş Kəşfiyyat İdarəsi (QRU) üçün işləyən və bank məlumatlarının oğurlanması üzrə ixtisaslaşmış bir rus hakerinin Böyük Britaniyaya səfər etməyi planlaşdırdığını öyrənib. Ona ya Niderland kəşfiyyatı ilə əməkdaşlıq etmək, ya da casusluğa görə cinayət məsuliyyəti ilə üzləşmək imkanı verilib. Həmin rus Niderland üçün işləməyə razı olub.

Daha sonra o, MİVD-yə QRU-nun Rostovda yerləşən haker bölməsinə məxsus bir serverə giriş imkanı verib.

Koulun sözlərinə görə, orada saxlanılan materiallar arasında Niderland mütəxəssisləri Cared Kuşnerin “Ayfon X” smartfonundan götürülmüş ekran görüntülərini aşkar ediblər.

Məhz bu müşahidə nəticəsində Niderland kəşfiyyatı aşkar edib ki, Kuşner BƏƏ-də bir bank hesabından istifadə edir və bu hesaba Azərbaycan üzərindən yüz milyonlarla dollar vəsait köçürülür.

Müəllif yazır ki, "Alfa" kod adı ilə qeyd olunan ilk hesab BƏƏ-nin ən böyük bankı olan "First Abu Dhabi Bank"da açılıb. Bankın sədri BƏƏ-nin hazırkı Prezidenti Məhəmməd bin Zayedin qardaşı Tahnun bin Zayed idi.

Koulun sözlərinə görə, 2017-ci ildən etibarən Səudiyyə Ərəbistanı və BƏƏ hakimiyyəti bu hesaba təxminən 750 milyon dollar köçürüb.

“Beta” kimi qeyd olunan ikinci hesabın İsrail Mərkəzi Bankında açıldığı iddia edilir.

2018-ci ilin yazına qədər BƏƏ hakimiyyəti Azərbaycan üzərindən bu hesaba təxminən 1 milyard dollar köçürüb.

Koulla söhbət edən şəxslərdən biri iddia edib ki, bu vəsaitlər Kuşnerin şəxsi mənafeyi üçün nəzərdə tutulubmuş.

İddia edilib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun vəsaitlərin orada saxlanılmasının təşkilində rol oynayıb, ABŞ-ın keçmiş səfiri Devid Fridman isə sözügedən hesabla bağlı əməliyyatlara dair danışıqlarda vasitəçi qismində çıxış edib.

Məlumata görə, Azərbaycanın bəzi bankları böyük məbləğdə vəsaitinlərin ölkələrarası köçürülməsində vasitəçi qismində çıxış ediblər. Onlar vəsaitləri Səudiyyə rialı və ya BƏƏ dirhəmi ilə qəbul edib, daha sonra 6–7% komissiya tutmaqla, həmin məbləğləri ABŞ dolları ekvivalentində xaricə köçürüblər.

Bununla yanaşı, vəsaitlərin Azərbaycan dövlətinə məxsus olduğunu və ya Azərbaycan hakimiyyət orqanlarının bu əməliyyatların təşkilində iştirak etdiyini göstərən heç bir sübut təqdim olunmayıb və yoxdur.

Köçürmələrin həyata keçirildiyi iddia edilən Azərbaycan bankı və ya banklarının adı da açıqlanmır.

Kuşnerin özü isə müəllifinin iddialarını uydurma adlandıraraq rədd edib. Bildirib ki, jurnalist irəli sürdüyü ittihamları təsdiqləmək üçün bank çıxarışları, hesab nömrələri, köçürmə sənədləri və ya konkret əməliyyat tarixləri təqdim edə bilməyib.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu