Pavel Durovun dostunun qətli: Sifarişçinin verdiyi zəhər niyə işə yaramayıb?
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Pavel Durovun dostu, kriptotreyder Roman Novakı və onun həyat yoldaşını öldürərək parçalara ayıran şəxslərin əvvəlcə onları zəhər vasitəsilə aradan qaldırmaq istədiyi məlum olub.
Buta.tv-nin "RIA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin xüsusilə mühüm işlərin araşdırılması üzrə birinci idarəsinin rəhbəri Yuri Yaşkov açıqlama verib.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Novakı aradan qaldırmaq üçün bir neçə fərqli variant üzərində düşünüblər və bunlardan biri də məhz onu zəhərləmək olub.
Yaşkov qeyd edib ki, cinayətin icraçıları zəhərli şprisi sifarişçidən alıblar. Lakin maddənin heyvan üzərində sınaqdan keçirilməsi zamanı zəhərin təsirsiz olduğu ortaya çıxıb və nəticədə cinayətkarlar bu üsuldan imtina ediblər.
Bundan əlavə, iş üzrə təqsirləndirilən şəxslər Novakın Tailandda yaşadığı dövrdə başqa bir variantı - onun okeanda boğulması səhnəsini qurmağı da planlaşdırıblar.
Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu