Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər
Azərbaycanda Müqəddəs Taxt-Tacın nunsiaturasının (Vatikan səfirliyinin) yaradılmasının vacibliyini qeyd edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal Corc Ceykob Kuvakadla görüşdə bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Müqəddəs Taxt-Tacın Azərbaycanda da nunsiaturasının (Vatikan səfirliyinin) yaradılmasının vacibliyini qeyd edib. O, Azərbaycanda bütün dinlər üçün bərabər və tamhüquqlu şərait yaradıldığını diqqətə çatdırıb.
Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? - Şok fotolar