35 yaşlı qadının faciəvi ölümü - Üstünə elektrik dirəyi aşıb+Video
Video
Goranboy rayonunun Qarapirimli kəndində bədbəxt hadisə baş verib.
“BUTA.TV” xəbər verir ki, elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb və o, həyatını itirib.
“Xəttin biri qırılmışdı. Montyor gətirdim, çıxıb xətti bağlayanda dirək yoldaşımın üsütnə düşdü. Maşınımla xəstəxanaya apardım dedilər artıq gecdir, rəhmətə gedib. 7-ci sinifdə oxuyan 1 övladımız var”, – deyə mərhumun həyat yoldaşı bildirib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı “Baku TV”nin süjetində:
Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? - Şok fotolar