Metro stansiyalarında ürək aparatları quraşdırılacaq
"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir.
BUTA.TV xəbər verir ki, bu barədə Oxu.az-a qurumdan cavab verilib.
Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazları ilə təmin olunacaq və digər müvafiq və zəruri tədbirlər görüləcək.
Məlumat üçün bildirək ki, avtomatik xarici defibrilyatorlar (AED) ürəyin qəfil dayanması (klinik ölüm) zamanı həyat qurtarmaq üçün nəzərdə tutulmuş, ürəyə elektroşok verərək onun normal ritmini bərpa edən portativ tibbi cihazdır.
Bakıda daha bir kütləvi dava - Anbaan kadrlar+Video