Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun vəzifəsindən ayrılacağı gözlənilir.

Oxu.az-ın əldə etdiyi məlumata görə, o, noyabrda vəzifəsindən ayrılacaq.

Xatırladaq ki, Pərviz Abubəkirov 2018-ci il iyulun 2-də Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. O, bundan əvvəl ANS telekanalında "Cinayət işi", İctimai Televiziyada isə "Qanundan kənar" verilişlərinin aparıcısı olub.

Qeyd edək ki, məsələ ilə bağlı sorğu ünvanlanıb.



Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə