Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək.

“BUTA.TV” “Report”a istinadən xəbər verir ki, oktyabrın 30-u dövlət başçısı Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 dünya çempionatı və festivalının finalçılarını mükafatlandıracaq.

Belə ki, sabah FİFA U-15 dünya çempionatı və festivalının final oyunu və rəsmi bağlanış mərasimi keçiriləcək. Prezidentin mükafatlandırma mərasimində iştirakı əvvəlcədən planlaşdırılıb.

Ölkə başçısının tapşırığına əsasən, Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.

Eyni zamanda, Zirvə görüşü çərçivəsində keçiriləcək digər müvafiq tədbirlərdə də Azərbaycan nümayəndələri fəal iştirak edəcəklər.





BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur" BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"