Azərbaycan və Hindistan arasındakı soyuqluğun uzun müddət davam etməsi mümkün deyildi. Bu, süni soyuqluq idi. Tarixən Azərbaycan və Hindistan arasında əlaqələr və normal münasibətlər olub.

Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Turab Rzayev Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankarın Bakıya səfərini şərh edərkən deyib.

“İstər qədim dövrlərdə, istər orta əsrlərdə, istərsə də SSRİ dövründə iki ölkə arasında yüksək mədəni əlaqələr olub. Azərbaycan və Hindistanın bir-birinə açıq şəkildə rəqib olması mümkün deyil, çünki bölüşdürülməyən hər hansı siyasi, iqtisadi problemləri yoxdur. Azərbaycan uzun illərdir ki, Hindistandan Rusiyaya gedən Şimal-Cənub dəhlizində mərkəzi rol oynamağa çalışır. Hindistan isə Azərbaycana həm investisiya qoymaq, həm məhsul ixrac etmək, həm də Azərbaycanın geosiyasi məkanından istifadə etmək istəyir.

Düşünürəm ki, Azərbaycan və Hindistan arasında iqtisadi-mədəni əlaqələr sürətlə inkişaf edəcək”, - politoloq bildirib.

Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? - Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? - Şok fotolar