Türkiyə PA açıqladı: Heydər Əliyev Parkında...
Bəzi sosial media hesablarında Şişlidəki (İstanbul) Heydər Əliyev Parkındakı büstün söküləcəyi və yerində mədəniyyət mərkəzinin salınacağı ilə bağlı iddialar əsassızdır.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin X səhifəsində paylaşım edilib.
Bildirilib ki, Şişli Bələdiyyəsi hazırda sözügedən ərazi ilə bağlı heç bir iş görmür, belə bir layihə gündəmdə də yoxdur:
“İctimaiyyəti çaşdırmaq və iki dost və qardaş ölkəmiz arasındakı münasibətləri hədəf almaq məqsədi daşıyan bu təxribatçı və dezinformasiya dolu iddialara etibar edilməməsini xahiş edirik”.
Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat - VİDEO