Bakıda kollecdə tələbələr arasında bıçaqlanma: saxlanılan var
Bakı Humanitar Kollecində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb.
Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib.
Məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat