Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı
Keçən il sentyabrın 25-də Yalovanın Çinarcık rayonunda evinin pəncərəsindən yıxılaraq həyatını itirən türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı istintaqda yeni iddialar ortaya çıxıb.
BUTA.TV-nin xəbərinə görə, bu barədə "SABAH" nəşri məlumat verib.
Məlumata görə, Güllünün bacısının vəkilləri müğənninin oğlu Tuğberk Yağız Gülterə qarşı dəlilləri məhv etmək və gizlətmək şübhəsi ilə cinayət işi qaldırıblar.
Cinayət işi ilə bağlı edilən müraciətdə evdəki təhlükəsizlik kameralarının vəziyyəti, görüntülərin səlahiyyətlilərə təhvil verilmə vaxtı və Tuğberk Yağız Gülterin etdiyi iddia olunan internetdə axtarışlar dosyedə diqqət çəkən məqamlar arasında yer alıb.
İddia edilir ki, kamera sisteminə giriş səlahiyyəti yalnız Güllü və oğlu Tuğberk Yağız Gülterdə olub. Bundan əlavə, evdəki bəzi kameraların işləmədiyi də iddia edilir.
Sənətçinin yataq otağının qapısında kodlu kilid sisteminin olması da cinayət iddiasında vurğulanan detallar arasındadır.
Dosyedə üzə çıxan digər bir detal isə Güllünün öldüyü gün evə necə girilməsi olub. Qeyd edilib ki, Tuğberk Yağız Gülter qapının kodunu bilmədiyi üçün qonşusundan kömək istəyib və qonşusunun terrasından nərdivanla pəncərəyə çatıb.
“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...
Cinayət şikayətindəki əsas iddialardan biri də təhlükəsizlik kamerası görüntülərinin olduğu fləş-kartın təhvil verilməsi prosesi ilə bağlı olub. İddia olunur ki, Tuğberk Yağız Gülter sözügedən fləş-kartı hadisədən bir neçə həftə sonra səlahiyyətlilərə təhvil verib.
Kamera qeydlərinin nə zaman və hansı şərtlərdə təhvil verildiyi də cinayət işi şikayətində üzərində dayanılan məqamlardandır.
Dosyedə əks olunan ən diqqət çəkən iddialardan biri də Gülterin fleş kartı təhvil verməzdən əvvəl süni intellekt tətbiqlərində apardığı axtarışlar olub.
İddiaya görə, Gülter süni intellektdən "Videonun səsinin dəyişdirilib-dəyişdirilmədiyini aşkar etmək mümkündürmü?" və "Keçmiş kamera qeydlərinə daxil olmaq mümkündürmü?" kimi suallar verib. Bu axtarışlar kamera görüntülərinin təhvil verilməsi prosesi ilə bağlı iddialarla birlikdə üzə çıxıb.
Cinayət iddiasında yer alan digər bir iddia Gülterin nişanlısına məxsus telefonun siqnal məlumatları ilə bağlı olub. İddiaya görə, sözügedən telefon Güllünün ölümündən əvvəl səhər saatlarında Yalovadan siqnal verib.
Xatırladaq ki, Yalovanın Çinarcık rayonunda yerləşən binanın 5-ci mərtəbəsindəki evinin pəncərəsindən yıxılaraq həyatını itirmiş məşhur türkiyəli müğənni Güllünün (52 yaş) ölümündə şübhəli bilinən qızı Tuğyan Ülkəm Gülter məhkəmənin qərarı ilə "əvvəldən planlayaraq valideynini qəsdən öldürmə" maddəsi üzrə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum olunub. Məhkəmə Tuğyan Ülkəm Gülterin anasını pəncərədən itələdiyi qənaətinə gəlib.
3 yaşınadək uşağı olan analara hər ay - 100 manat veriləcək