Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Tovuz rayonu, Qovlar kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, VAZ markalı minik avtomobilinin idatrəetməni itirərək su kanalına düşdüyü və vətəndaşın vəfat edərək avtomobildə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən vəfat edən sürücü, 1961-cı il təvəllüdlü Hüseynov Şakir Şahmalı oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə nəticəsində ümumilikdə 2-si azyaşlı olmaqla 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Məşhur aparıcı ad gününü keçirdikdən sonra qəzaya düşdü, öldü - Video Məşhur aparıcı ad gününü keçirdikdən sonra qəzaya düşdü, öldü - Video