DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu vəfat edib.
“BUTA.TV” xəbər verir ki, bu barədə Xidmətin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, əsgər Kərimov Rəhman Rauf oğlu uzunsürən ağır xəstəlikdən müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq, vəfat edib.
DSX rəhbərliyi hərbi qulluqçunun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.
Ada Süleymanla birgə həlak olan sürücü kimdir?