Azərbaycan və Pakistanın ali məhkəmələri dekabrın 2-də iki ölkə arasında institusional əlaqələrin və məhkəmə əməkdaşlığının gücləndirilməsinə yönəlmiş anlaşma memorandumu imzalayacaqlar.

BUTA.TV "İslamabad Post"a istinadla xəbər verir ki, bu barədə hökumət nümayəndəsi bildirib.

İmzalama mərasimi İslamabadda baş tutacaq. Sənədi Pakistan Ali Məhkəməsinin sədri Yəhya Əfridi və Azərbaycan Ali Məhkəməsinin sədri İnam Kərimov imzalayacaqlar.

Bəyanata əsasən, razılaşma iki ölkənin ali məhkəmə orqanları arasında institusional əlaqələrin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə, habelə məhkəmə təcrübəsi, peşəkar biliklər və qabaqcıl təcrübə mübadiləsinə yönəlib.

"Sədərək" və "Binə" bağlanır? "Sədərək" və "Binə" bağlanır?