Yasamal rayonunda evlərdən birindən oğurluq edilib.

BUTA.TV xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən şəxs, zərərçəkənin oğlu M.Kazımlı müəyyən olunaraq saxlanılıb.

Məlum olub ki, M.Kazımlı valideynlərinə məxsus 3000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq lombarda qoyub və qarşılığında pul əldə edib. Bununla kifayətlənməyən həmin şəxs evdən 2000 manat nağd pul və Nəsimi rayonu ərazisində motosikletdən iki ədəd dəyəri 500 manat olan dəbilqə də oğurlayıb.

Faktlarla bağlı araşdırma davam etdirilir.

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı: O pulları... Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı: O pulları...