İran ordusu Hörmüz boğazında "Zülfüqar-1401" adlı hərbi təlimlər çərçivəsində zenit-raket komplekslərindən hava hədəflərinin məhv edilməsi nümayiş etdirib.

BUTA.TV xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi bildirib.

“İran ordusunun “Zülfüqar-1401” adlı hərbi təlimlərinin üçüncü günündə zenit-raket komplekslərindən hava hədəflərinin buraxılması və məhv edilməsi məşq edilib”, - məlumatda deyilib.