İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a bildirilib ki, hadisə rayonun Balik kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ-21099 və "Mersedes" markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-ın sürücüsü Akif Ağamirov və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.