Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində partlayış baş verən binada qaz təminatı tam dayandırılıb.

BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azəriqaz İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

O bildirib ki, hadisənin qaz sızmasından baş verdiyi ehtimal edilir:

“Binada üç mənzilə və liftin şaxtasına ziyan dəyib. Binada qaz kəmərləri yoxlandıqdan və təhlükəsizlik qaydalarına tam əməl edildikdən sonra qazın bərpası təmin olunacaq”.