Türkiyə Bolqarıstana təbii qaz satmağa başlayacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz yerli mediaya açıqlamasında deyib.

O, 2 yanvar tarixində BOTAŞ və “Bulqarqaz” arasında mühüm razılaşmanın imzalanacağını bildirib.

Nazir bu məqsədlə Bolqarıstana səfər edəcəyini əlavə edib.