“Amazon” şirkətin xərclərini azaltmaq üçün 18 mindən çox əməkdaşını işdən çıxaracaq.

BUTA.TV xəbər verir ki, bu barədə “Amazon” şirkətinin baş direktoru Endi Cessi məlumat verib.

Qeyd edilir ki, ​Endi Cessi yazdığı qeyddə ixtisara düşən işçilərə yanvarın 18-dən etibarən məlumat veriləcəyini söyləyib.

İxtisarlar şirkətin 300.000 korporativ işçi qüvvəsinin təxminən 6 faizini əhatə edəcək.