Ukraynanın Donbas və Krım börgələrini geri qaytarması Ukrayna komandanlığı üçün qeyri-real tapşırıqdır.

BUTA.TV xəbər verir ki, bu barədə Berlindəki Alman Xarici Əlaqələr Şurasının tədqiqat direktoru Kristian Möllinq yazıb.

“2014-cü ildən Rusiyanın nəzarətində olan Donbas artıq Ukrayna üçün daha böyük problem olacaq. Həmçinin, 2014-cü ildən faktiki olaraq Rusiyaya inteqrasiya olunmuş və ciddi şəkildə hərbiləşdirilmiş Krımın azad olunması da real görünmür”, - o qeyd edib.

Mellinqin fikrincə, Ukrayna məhdud resurslarından maksimum istifadə etmək üçün prioritetləri müəyyənləşdirməli olacaq.