İtaliya millisinin sabiq hücumçusu Canluka Vialli vəfat edib.

BUTA.TV xəbər verir ki, o, bu gün səhər 58 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Viallı 2017-ci ildən mədəaltı vəzi xərçəngi ilə mübarizə aparırdı. Milad bayramı ərəfəsində onun vəziyyəti daha da pisləşmişdi.

Xatırladaq ki, mərhum futbolçu karyerası ərzində "Sampdoriya", "Yuventus", "Çelsi" və "Kremoneze"də oynayıb. Avro-1988 və DÇ-1990-da bürünc medal qazanıb.