Azərbaycan və Türkiyə yeni hərbi təlimlərə başlayır
Azərbaycan və Türkiyə hərbçiləri birgə hərbi təlim keçirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Qış-2023” hərbi təlimində iştirak edəcək Azərbaycan silahlı qüvvələrinin qəhrəman hərbçiləri Qarsa çatıb. Qardaşlarımıza xoş gəldin deyir, onlara birgə keçirəcəyimiz hərbi təlimdə uğurlar diləyirik”, - məlumatda vurğulanıb.