Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov MMA-dan gedib.

BUTA.TV xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Həbib MMA sənayesini tərk edib. O, artıq məşq keçməyəcək, təlim-məşq toplanışında komanda ilə birlikdə olmayacaq”, - məlumatda bildirilib.

Qeyd olunub ki, o, ailəsi ilə daha çox vaxt keçirmək üçün sözügedən addımı atıb.