Daşnaksütyun fraksiyasının Ağsaqqallar Şurasının rəhbəri Artaşat Artavazd Marqaryan polis tərəfindən saxlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə erməni vəkil Arsen Babayan sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, 72 saat müddətinə saxlanılan Marqaryanın həbsi qanunsuzdur:

“İnanmayacaqsınız, amma Markaryanı yalnız telefonu olduğuna görə saxlayıblar”.

Qeyd edək ki, yanvarın 11-də parlamentdəki müxalifətin “Hayastan” fraksiyasının deputatı Kristine Vardanyan bildirib ki, səhər tezdən Ararat bölgəsində və İrəvanda Daşnaksütyunun bir sıra üzvlərinin evlərində axtarışlar aparılır.