“Şərurlu İsfəndiyar”dan şok etiraf - VİDEO
Dəyərli 10 milyonlarla ölçülən, Bakının 8-ci kilometr ərazisindəki “Flaminqo” restoranı ilə bağlı apardığımız jurnalist araşdırmasını bitmiş saymaq olar. İndi söz hüquq-mühafizə orqanlarınındır.
Restoranın sahiblərinin mövqeyini ifadə edən , vaxtilə “Flaminqo”nun icraçı direktoru olmuş Ələkbərov Nizami Azinforum.az-a verdiyi müsahibədə 2009-cu ildə restoranın Naxçıvan daxili işlər naziri Əhməd Əhmədovun göstərişi ilə necə ələ keçirildiyinin tam mexanizmini açıqlayıb.
Restoran hazırda tanınmış iş adamı “Şərurlu İsfəndiyar” kimi tanınan - İsfəndiyar Axundovun mülkiyyətindədir. Nizami Ələkbərov müsahibəsində İsfəndiyar Axundovla bağlı sensasion fikirlər səsləndirdiyi üçün, iş adamı bizimlə görüşüb, məsələyə aydınlıq gətirməsini istədi. “Şərurlu İsfəndiyar” Azinforum.az-a verdiyi videomüsahibədə restoranı 7 milyona aldığını, pulun bir hissəsini əmlak, qalanını nağd şəkildə ödədiyini təsdiqləyib.
O, həmçinin pulun 2 milyonunu onun yanında Naxçıvan Daxili İşlər Nazirliyinin Qasım adlı əməkdaşına restoranın əsl sahibi Cəmil müəllimin girovluqdan azad edilməsi üçün ödəndiyini etiraf edib.
İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar