İstanbulun Başakşəhir bölgəsində polisin xidməti avtomobilinə silah hücum olub.

BUTA.TV xəbər verir ki, insident nəticəsində avtomobildə olan iki polis əməkdaşından biri xəsarət alıb, o, xəstəxanaya yerləşdirilib.

Hadisənin baş verdiyi Göyərçintəpə məhəlləsinə giriş-çıxış məhdudlaşdırılıb.

Olayı törədən şəxsin tutulması istiqamətində araşdırmalar aparılır.