Böyük Britaniyanın paytaxtı Londonda avtomobildə olan naməlum şəxs küçədəki insanlara atəş açıb.

BUTA.TV yerli mediaya istinadən xəbər verir ki, hadisə Yuston vağzalının qarşısındakı kilsə yaxınlığında baş verib.

Hadisə nəticəsində 3 qadın və bir azyaşlı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.