Ukrayna ətrafında mövcud vəziyyət Şərqi Asiya regionunda təkrarlana bilər.

BUTA.TV xəbər verir ki, bunu Yaponiya Baş naziri Fumio Kişida deyib.

“Avropa və Hind-Sakit okean regionunun təhlükəsizliyinin təminatları bölünməzdir. Ukrayna münaqişəsi bizə bu dərsi verdi. Bu səbəbdən Hind-Sakit okean regionunda təhlükəsizliyi gücləndirmək üçün avropalı tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirmək lazımdır”,- Kişida bildirib.