Dünyanın ən gözəl qızının adı məlum oldu
"Miss Kainat 2022” müsabiqəsinin qalibi ABŞ-ın 28 yaşlı nümayəndəsi R'Bonni Qabriel olub.
Kult.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
ABŞ-ın Yeni Orlean şəhərində keçirilən müsabiqədə venesuelalı Amanda Dudamel ikinci, Dominikan Respublikasından olan Andreina Martinez isə üçüncü olub.
Mehriban Xəlilli