Göyçayda “Mersedes” yol kənarındakı piyadanı vurdu
Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a bildirilib ki, Göyçay rayon sakini Emil Osmanov idarə etdiyi “Mersedes” markalı yük avtomobili ilə Kürdəmiş kəndi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan piyada, 1969-cu il təvəllüdlü Eldar Zülfüqarovu vurub.
Lənkəranda məsciddə axundu bıçaqlayan şəxsin istintaqı başa çatıb
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.