Moskvada bomba təhlükəsi: kinoteatr təxliyə olundu
Rusiyanın paytaxtı Moskvanın mərkəzindəki “İllüziya” kinoteatrının tamaşaçıları və işçilər bomba təhlükəsi ilə əlaqədar təxliyə edilib.
BUTA.TV xəbər verir ki, aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunublar. Mütəxəssislər və kinoloqlar binada axtarış aparırlar.