Nepalın "Yeti" aviaşirkəti sabaha olan bütün reysləri ləğv edib.

BUTA.TV xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.

Aviaşirkət qəza nəticəsində çoxsaylı insan itkisindən dolayı sözügedən addımı atıb.

Qeyd edək ki, təyyarə qəzası nəticəsində göyərtədə olanların hamısı - 72 nəfər dünyasını dəyişib.