Qərb ölkələri ilə Rusiya arasında münasibətlərin normallaşması Kremlin Ukraynaya qarşı başlatdığı müharibə bitdikdən sonra da mümkün olmayacaq.

BUTA.TV xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

"Əvvəlki kimi olmayacaq. Ukraynada silahlar sussa belə, Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləməməliyik", - o bildirib.

Stoltenberq Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücum edərkən səhv etdiyini də bildirib:

"O, öz silahlı qüvvələrinin gücünü həddən artıq qiymətləndirdi. Biz onların səhvlərini, mənəvi-psixoloji çatışmazlıqlarını, rəhbərlik problemlərini, zəif təchizatlarını görürük".