ATƏT sədri Kiyevdə səfərdədir
ATƏT sədri Bujar Osmani Kiyevdə səfərdədir.
BUTA.TV xəbər verir ki, bu barədə B.Osmani Tvitter hesabında yazıb.
“Qatarla 9 saatlıq yoldan sonra Kiyevə çatdıq. Regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə etmək və yerlərdə insanlara kömək etmək üçün Ukrayna liderləri ilə məhsuldar görüşləri səbirsizliklə gözləyirik”, - ATƏT sədri bildirib.