Türkiyənin Trabzon şəhərində “Rezo Tbilisski” ləqəbli qanuni oğru Revaza Lortkipanidze qətlə yetirilib.

BUTA.TV xəbər verir ki, bu barədə “Praym Kraym” məlumat yayıb.

Məlumata görə, Lortkipanidze yanvarın 14-də naməlum şəxslər tərəfindən güllələnib.

Bildirilib ki, gürcü qanuni oğrunu öldürmək üçün 4 nəfər Bolqarıstan ərazisindən Türkiyəyə keçib.

Polis faktla bağlı araşdırmalara başlayıb.