Məğlubiyyət dünya müharibəsinin başlanğıcı olacaq
Rusiyanın başlatdığı müharibədə Ukraynanın məğlubiyyəti III Dünya müharibəsinin başlanğıcı ola bilər.
BUTA.TV xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.
“Ukraynaya dəstəyin qarşısını almaq və məsələləri qeyri-müəyyən müddətə təxirə salmaq üçün heç bir əsas yoxdur. Mən Almaniya hökumətini Ukraynaya bütün növ silahlar verməklə bağlı qətiyyətlə hərəkət etməyə çağırıram”, - nazir bildirib.