Yanvarın 15-də Rusiya ordusunun Ukraynanın Dnepr şəhərində çoxmərtəbəli yaşayış binasına raket zərbələri endirməsi nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb.

BUTA.TV yerli mediaya istinadən xəbər verir ki, həlak olanlardan 6-ı uşaqdır. Ölü sayı qarşıdakı günlərdə daha da arta bilər.

Ərazidə xilasetmə işləri davam edir.