"Qalatasaray" səfərdə qalib gələrək 1/4 finala yüksəldi
Futbol üzrə Türkiyə Kubokunda "Qalatasaray" 1/4 finala vəsiqə əldə edib.
BUTA.TV xəbər verir ki, "Qalatasaray" səfərdə "Alanyaspor"un qonağı olub. Matç İstanbul təmsilçisinin 2-1 qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qalatasaray" bu mərhələdə "Qaziantep" - "Konyaspor" cütünün qalibi ilə görüşəcək.