Kiyevdə helikopter qəzası: ölü və yaralılar var
11:48
Kiyev vilayətinin Brovar şəhərində helikopter qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, uşaq bağçasının yaxınlığına düşən helikopter yanıb.
Qəza nəticəsində 5 nəfərin öldüyü deyilir.
***
Brovar polis idarəsinin məlumatına görə, qəza nəticəsində ikisi pilot olmaqla 3 nəfər ölüb. Daha 5 nəfər isə yaralanıb. Yaralılar arasında uşaqlar da var.