Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Niderlandda səfərdədir.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Niderland Krallığındakı fövqəladə səfiri Rəhman Mustafayev Tvitter hesabında yazıb.

Səfir bildirib ki, 1990-cı ilin yanvarında xalqımıza qarşı törədilən vəhşiliyə ilk hüquqi və siyasi tələb irəli sürmüş ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib:

"Daha sonra isə 20 Yanvar faciəsi barədə müzakirələr aparılıb".