Nifrət, ksenofobiya və irqçiliyin təzahürü söz azadlığı ilə heç bir əlaqəsi yoxdur.

BUTA.TV xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçin paytaxtı Stokholmda müqəddəs "Qurani-Kərim"in yandırılmasına münasibət bildirərkən deyib.

"Ümid edirəm ki, İsveç hakimiyyəti lazımi tədbirləri görəcək. Əks halda, aksiyaya bütün dünyada kəskin mənfi reaksiya nümayiş etdiriləcək”, - Çavuşoğlu qeyd edib.