Saatlıda sərxoş sürücü ustaları vurub, ölən var.

BUTA.TV xəbər verir ki, hadisə yanvarın 22-də Saatlı şəhəri, M.F.Axundov küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1980-ci il təvəllüdlü Seyran Fərhad oğlu Babayev nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş halda, təmir üçün ona verilmiş VAZ-2107 markalı avtomobillə təmir məntəqəsinin həyətindən binaya daxil edərkən digər ustalar, Saatlı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Mircəfər İlqar oğlu Xankişiyevi və 1969-cu il təvəllüdlü Möhübbət Qənimət oğlu Qənbərovu vurub. Nəticədə M.Qənbərov hadisə yerində ölüb, Mircəfər Xankişiyev isə xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müavafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar