Ukraynaya göndərilən tankların əvəzi olaraq Almaniyanın Çexiyaya tədarük edəcəyi tanklar öz təhlükəsizliyimiz üçün vacibdir.

BUTA.TV xəbər verir ki, bu barədə Çexiya Baş naziri Petr Fiala deyib.

“T-72 tanklarımızı Ukraynaya göndərdik. Məhz buna görə də biz Almaniyanın ordumuza dəstəyi barədə razılaşdıq”, - deyə Fiala bildirib.