Moskva yaxınlığında qəza: 16 maşın toqquşdu
Moskva ətrafında “Neva” M-11 magistralında 16 maşının toqquşması ilə nəticələnən qəza baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qəza magistralın 57-ci kilometrliyində qeydə alınıb, xəsarət alan yoxdur.
Hadisə yerində yol polisi əməkdaşları çalışır, yolda hərəkət məhdudlaşdırılıb.