“Meduza” saytı Rusiyada “arzuolunmaz təşkilat” elan edilib. Yəni redaksiyanın Rusiya ərazisində fəaliyyəti tamamilə qadağandır.

BUTA.TV xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.

“Rusiya-Ukrayna müharibəsi başlayandan Kreml “Meduza”nın fəaliyyətinə ciddi əngəl yaradır. Buna baxmayaraq, işimizi davam etdirdik”, - məlumatda deyilir.

Qeyd edək ki, hələ 2021-ci ildə Rusiya “Meduza”nı xarici agent kimi tanıyıb.