Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilir.

"Qafqazinfo"nun məlumatına görə, səfirlik əməkdaşlarını və şəhidimizin nəşini gətirən təyyarə yaxın  dəqiqələrdə Heydər Əliyev  Beynəlxalq Hava Limanına enəcək.

Qeyd edək ki, Orxan Əsgərov İrandakı səfirliyimizin mühafizə xidmətinin rəisi olub və 27 yanvarda törədilən terror aktı zamanı qəhrəmancasına şəhid olub. İran dövləti son iki gündür şəhidimizin nəşinin ölkəmizə gətirilməsinə mane olurdu.