Ağdam rayonunda 30 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

“BUTA.TV”nun məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1996-cı il təvəllüdlü Xəlilova Samirə Bəhruz qızı zəhərlənmə diaqnozu ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata əsasən, qadın qarışqaların məhv edilməsi üçün istifadə olunan dərmandan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

“Toyota Prado” ana və arabadakı körpəsinin üstündən keçdi - Anbaan video “Toyota Prado” ana və arabadakı körpəsinin üstündən keçdi - Anbaan video