Şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Tarif Şurasının iclasında qərar qəbul olunub.

Belə ki, Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub(əvvəlki tarif 2,4 qəpik).