ABŞ-dan şok: Nüvə silahından istifadəyə hazırıq!
ABŞ Cənubi Koreyanı qorumaq üçün adi və nüvə silahlarından istifadə etməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Pentaqonun rəhbəri Lloyd Ostin Seulda mətbuat konfransı zamanı deyib.
“Birləşmiş Ştatlar ABŞ-ın bütün müdafiə imkanlarını, o cümlədən bizim adi və nüvə imkanlarımızı, eləcə də raketdən müdafiəni özündə əks etdirən qarşını alma öhdəliyinə (KXDR) qətiyyətlə sadiqdir”, - deyə o bildirib.
Pentaqonun rəhbəri qeyd edib ki, son bir ildə Şimali Koreya görünməmiş sayda təxribatlar həyata keçirib.